Bu yolda təmir bitmir ki, bitmir - sakinlər çətinlik çəkir - VİDEO

Səbail rayonu, Badamdar qəsəbəsində dağ massivi adlanan ərazidə yol qazıldığından avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Valideynlər və məktəblilər isə piyada olaraq çətinliklə hərəkət edirlər. Avtosfer.az məlumat verir ki, ərazidə kanalizasiya və su borusu çəkildiyindən Tofiq Məmmədov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu isə həmin ünvanda yaşayan və gündəlik olaraq həmin yoldan istifadə edən insanlar üçün bir sıra çətinliklər yaradır. Vətəndaşların sözlərinə görə, burada boruların çəkilişində bir neçə aydır başlanılsa da, hələ də işlər bitmək bilmir. Vətəndaşlara alternativ olaraq qəbiristanlığın içərisindən keçən yoldan hərəkət etmək tövsiyyə edilib. Ancaq həmin yolun hazırkı vəziyyəti isə heç də ürəkaçan deyil.
Məsələ ilə bağlı ''Azərsu '' ASC-dən bildirildi ki, sakinlərin müraciəti nəzərə alınaraq gücləndirilmiş iş rejiminə keçiləcək. Layihənin avqust ayında tam başa çatacağı gözlənilir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












