Burada dayanacaq yoxdur - 300-dən çox ailə çətinlik çəkir - VİDEO

300-dən çox ailənin yaşamasına baxmayaraq ətrafda bir dənə də dayanacaq yoxdur. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu, Məmmədəmin Rəsulzadə qəsəbəsindən keçən "Baksol" yolunundandır. Yolun kənarındakı yaşayış massivinin sakinləri ərazidə sərnişin avtobusunu gözləmək üçün dayanacaqların olmamasından şikayətçidir. Qəsəbə sakinlərinin əziyyət çəkdiyi digər bir məsələ isə ərazidə olan piyada keçidi xətlərinin silinməsidir.
Ərazidəki dayanacaq problemi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, əraziyə dayanacaqların qoyulması üçün artıq baxış keçirilib.
Piyada keçidinin silinməsi məsələsinə gəldikdə isə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi ki, hazırda ərazidə təmir-tikinti işləri aparılır və işlər yekunlaşdıqdan sonra yolda lazımi yol hərəkət nişanları və işarələri yenilənəcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












