"Buta Airways" müştərinin başına görün nə oyun açdı - FOTOFAKT

“Həyatımda ilk dəfə Buta Airways şirkətinin xidmətindən istifadə etmək qərarı aldım (kaş ki, etməzdim) və təəsüf ki, həmin uçuşla bağlı da böyük problem yaşadım.”
Avtosfer.az xəbər verir ki, bunu Facebook-da Aysel Fataliyeva adlı istifadəçi yazıb.
istifadəçi bildirib ki, gediş zamanı uçuşun hava limanı qeyd olunmadığı üçün beynəlxalq hava limanına gedib sırada gözləyib, daha sonra digər hava limanına yönləndirilib. “Ora gedildikdə uçuşa 40 dəq qalmağına baxmayaraq, uçuşa icazə verilmədi. Uçuşum baş tutmadığı üçün stress keçirib, daha sonra həmin gün getmək üçün AZAL-dan tək istiqamətli bilet aldım, İstanbula gəldim. Bu zaman qarşılaşa biləcəyim başqa bir problem haqqında heç bir informasiya verilmədi. Eyni zamanda biletdə də informasiya olmayıb. Ölkədən çıxışla bağlı da bütün sistemlərdə məlumat olub.”
Aysel Fataliyeva bildirib ki, 3 gün sonra 10 iyun Sabiha Gökçen hava limanından Bakıya geri gəlmək üçün qeydiyyata yaxınlaşdıqda, ona qayıdış biletinin ləğv olunduğunu və səfəri həyata keçirə bilməyəcəyini bildiriblər.
“Mənim xəbərim olmadan, heç bir məlumat vermədən biletim ləğv olunub, eyni zamanda heç bir kompensasiya təklifi, alternativ uçuş bileti, bir hava limanından digərinə transfer və s. heç nə təklif edilməyib. Normal və haqlı olaraq stress keçirdim. Elə həmin təyyarə ilə qayıda bilmək üçün bilet almaq istədim, ancaq təyyarədə boş yer olmadığı, hətta 4 nəfər artıq adamın gözlədiyi bildirildi. Bundan başqa AZAL reyslərində də yer olmayıb. Qayıda bilmək üçün məcbur THY-dan 4-5 qat baha qiymətə bilet aldım, Sabiha Gökçen hava limanından Atatürk hava limanına getməli oldum. Yenə də həmin şirkət heç bir kömək təklifi etmədi. Call center-lə əlaqə saxlanıldı, onlar da heç bir köməklik göstərə bilməyəcəklərini bildiriblər. Hətta kobud şəkildə “Saytdan oxuyardınız da…” dedilər. Satın alınan mövcud bileti ləğv etmək və bu barədə nə qeydiyyat zamanı, nə də telefon və mail vasitəsilə mənə məlumat verməmək, o qədər stress yaşamağıma səbəb olmaq nə dərəcədə düzgündür? Yad ölkədə 1 gün hava limanlarında gözləyib, birindən digərinə getmək məcburiyyətində qaldım. Həm vaxt, həm maddi, həm də mənəvi cəhətdən zərərə məruz qaldım. Döndükdən sonra şirkətə mail yazdım və şikayətimi bildirdim. Mənə bu qədər əsəb və stressi yaşatdıqlarına görə üzr istəmək, sakitləşdirmək yerinə bəndlərlə cavab verib özlərini haqlı çıxardırlar. Gecikmək deyək ki, mənim səhvim olub (terminalı biletdə və heç bir yerdə qeyd etmədikləri halda), ancaq ödəniş edib aldığım dönüş biletimi xəbər vermədən ləğv etməyə hüquqları varsa, o zaman siz də Buta Airways-dən bilet alan zaman müştəri olaraq heç bir haqqınız olmayacağını, əsəb və stressə hazır olmalı olduğunuzu nəzərə alın. Müştərini düşünməyən, vecinə almayan bir şirkətə güvənib uçuş etməyi düşünəndə bir neçə dəfə düşünün!
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











