"Buta Airways" qayıdış biletlərinin yarı qiymətini qaytarmır

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixinədək uzadıldı.
Bu zaman sözügedən tarixlərə ölkə xaricinə uçuş bileti olan şəxsləri ən çox biletlərin qaytarılması və dəyişdirilməsi məsələsi maraqlandırır. "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətləri müvafiq olaraq iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddətinin uzadıldığını açıqladı. Pul vəsaitinin qaytarılması, aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçirilir.
Bəzi bilet sahibləri isə 1 iyul tarixinə qədər olan uçuş biletlərinin dəyişdirilə və qaytarıla bildiyi halda, bundan sonrakı tarixə olan qayıdış biletlərinin qaytarılması üçün cərimə tətbiq olunduğunu bildirir. Vətəndaşları maraqlandıran sual isə xarici ölkəyə səyahət edə bilmədikləri halda qayıdış biletlərinin niyə qaytarılmamasıdır.
"MediaPost" xəbər verir ki, Taleh Əliyev adlı Bakı sakini eyni problemlə bağlı narazılığını dilə gətirib: ""Buta Airways"dən 26 iyun və 2 iyul üzrə müvafiq olaraq gediş-gəliş biletim var. Son qərarlarına əsasən 1 iyula qədər olan biletleri ödənişsiz əsaslarla geri qaytarırlar. Mən müraciət etdikdə deyildi ki, 2 iyul tarixindəki qayıdış bileti 50% cərimə ilə qaytarıla bilər. Əgər mən 26 iyun tarixində gedə bilmirəmsə, 2 iyulda oradan necə qayıda bilərəm?"
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












