Bütün ölkədə sürətli dəmir yolu xəttinin tətbiqi mümkündürmü?
Xəbərlər 17 Avqust 2022 23:19 Oxunub 956
Bütün ölkədə sürətli dəmir yolu  xəttinin tətbiqi mümkündürmü?

Hazırda Azərbaycanda bir sıra istiqamətlərdə sürətli qatarlar fəaliyyət göstərir. Lakin bütün ölkə ərazisində sürətli qatarların tətbiqi mümkündürmü? Bununla bağlı hansı işlər görülməlidir?

Report bununla bağlı araşdırma aparıb.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Qrup Şirkəti” ilə daha 10 yeni qatarın alınması barədə müqavilə bağlayıb: “Bunlardan 4-ü dizel, 6-sı birmərtəbəli elektrik qatarlarıdır. Elektrik qatarlarının 2023-cü ildə ölkəyə gətirilməsi nəzərdə tutulub. “Stadler Rail Qrup Şirkəti”ndən alınan elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt, Bakı-Gəncə, Bakı-Pirşağı-Sumqayıt istiqamətlərində istifadə olunur. Həmçinin, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində də “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Bununla yanaşı, Gəncə qatarının Ağstafaya qədər uzadılması ilə bağlı təklif edilib. Yəni, mövcud xətlər üzrə sürətli qatarlar buraxıla bilər. Mövcud dəmir yolu inrfastrukturunun təkmilləşdirməsi istiqamətində işlər görülüb, lakin yenə də ehtiyac var. Qərb istiqamətində dəmir yolları modernləşdirilmiş, Bakı-Böyük Kəsik xəttinin elektrik təchizatı sisteminin mərhələli şəkildə 25 kV-luq dəyişən cərəyanlı dartıcı elektrik təchizatı sisteminə keçidi həyata keçirilir”.

O vurğulayıb ki, Böyük Kəsikdən Ucara qədər dəyişən cərəyanla bağlı işlər bitib, lakin Bakıdan Ucara qədər bununla bağlı işlər davam etdirilir: “Dəyişən cərəyan elektrik təchizat sistemi xərclərin optimallaşdırılmasına səbəb olur. Bununla yanaşı, Sumqayıt-Yalama istiqamətində də işlər aparılır".

R. Ağamirzəyev deyib ki, hazırda bütün diqqət Horadiz-Ağbənd, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinə yönəlib: “Digər istiqamətlərdə təmir işləri aparılır. Ölkə üzərindən tranzit yükdaşımalar artır. Bu isə dəmir yolu şəbəkəsinin həmin yük trafikinə uyğun işləməsinə, həmçinin ilkin daşınması üçün əlverişli mühitin yaradılmasına zəmir yaradır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda mövcud sürət qatarlarının yüksək sürət qət edilməsi mümükün deyil, bunun səbəbi müvafiq infrastrukturun olmamasıdır. Belə infrastrukturun formalaşdırılması böyük investisiya tələb edir: “Bu gün sürətli dəmir yolu, kombinə edilmiş həm yük qatarı, həm də sərnişin qatarı müəyyən qrafiklərdə hərəkət edir”.

O əlavə edib ki, ölkə ərazisində qatarlarda sürət həddini artırmaq üçün əlavə mühəndis həlləri tələb edir: “Əsas sürətlə hərəkət edən qatarın qarşısına mümkün maneə çıxmasın, müəyyən hissədə çəpərləmə işləri görülməlidir, yeraltı-yerüstü keçidlərin, insan, heyvan üçün keçidlərin quraşdırılması əlavə mühəndislik qurğuları tələb edir. Sürəti müəyyən sahələrdə təmin etmək olar. Sürətli qatar eyni sürətlə getmir, harda imkan varsa orda onu atrıra bilər. Marşrutun son nöqtələri arasındakı sürəti 91 kilometrdən aşağı olmamalıdır. Maksimum sürət 200 km/saatı keçərsə, belə bir xətt yüksək sürətli sayılır. Beləliklə, bəzi təkmilləşmə işləri görməklə bu sahələri yəni bəzi sahələrdə sürət həddini artırmaq olar. Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC yaxın gələcəkdə Bakı-Gəncə istiqamətini 3 saata çatdırılmasını istədiklərini bildiriblər. Bunun 3 saata çatdırılması üçün də həllər olmalıdır. Təhlükəsizlik tədbirlərini artırmaq lazımdır”.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bütövlükdə inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik olmaq ölkənin iqtisadi inkişafına eləcə də məşğulluğun təmin edilməsi baxımından vacib hesab edilir: “Bəzi ölkələrin, ö cümlədən Cənubi Koreya, Yaponiyanın təcrübəsi göstərir ki, sürətli dəmir yolu xətləri həm də məşğulluğun təmin edilməsi baxımından, eləcə də regionların inkişafı baxımından vacibdir. Bu bir tərəfdən əmək bazarında tənzimlənməyə xidmət edir, digər tərəfdən bizim apardığımız monitorinqlər onu göstərir ki, bir sıra hallarda bəzi bölgələrimizdə olan xüsusən də ixtisaslı kadrlara olan tələbin ödənilməsində çətinliklər olur. Bu, xüsusən, ixtisaslı kadrların iri şəhərlərdə cəmləşməsi ilə bağlıdır".

V. Bayramov vurğulayıb ki, sürətli dəmir yolu xətləri nəticə etibari ilə imkan verəcək ki, məhz məşğulluğun bu istiqamətdə təmin edilməsi mümkün olsun: "Eyni zamanda, bu həm də bölgələrdə yaşayan vətəndaşlarımızın iri şəhərlədə işlə təminatı, praktik olaraq gündəlik iri şəhərlərə işə gəlib-getməsinə imkan verə bilər. Azərbaycan ərazi baxımından nisbətən kiçik ölkələrdən hesab edilir. Ona görə də bu da imkan verir ki, sürətli dəmir yolu vasitəsilə həm məşğulluğu təmin etmək mümkün olsun, həm də turizmin daha da inkişafına imkan yaratsın. Statistika göstərir ki, Azərbaycana gələn turistlərin 70 %-indən çoxu Bakıya üstünlük verir, amma sürətli qatarların olması imkan verəcək ki, bölgələrimizə səfər etsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh