Xırdalanın əsas prospektində ağlasığmaz vəziyyət yaranıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində yenidənqurma işləri davam etdirilir. Şəhərin bir sıra sakinləri yenidənqurma işləri zamanı piyadaların hərəkətini təmin etmək üçün səkilərə yer verilməməsindən şikayət edir.
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, bu prospekt Xırdalan şəhərinin demək olar ki, əsas küçəsidir və böyük obyektlər, dəmir yolu stansiyası, əsas parkı burada yerləşir:
"Bu küçədə yenidənqurma işlərindən əvvəl də piyada infrastrukturu ilə bağlı problemlər var idi. Yenidənqurma zamanı isə vəziyyət daha da pisləşdi. Çünki qalan səkilər də kəsilib yolun genişləndirilməsinə yönəldildi. Əslində isə sözügedən işlər qeyri-sistematik şəkildə həyata keçirilir: bir çox ağaclar kəsilir, piyada səkiləri ləğv olundur. Bəzi hallarda isə çox kiçik ölçülü səkilər saxlanılsa da, bəzi yerlərdə ümumiyyətlə, piyadaların hərəkəti üçün yer qalmayıb".
Ekspertin sözlərinə görə, şəhərin küçəsində səkinin və piyadaların hərəkəti üçün heç bir yerin olmaması absurd vəziyyətdir: "Mən bir nəqliyyat planlaşdırıcısı olaraq belə bir şeyi təsəvvür edə bilmirəm, ağlasığmaz haldır. Nəzərə almaq lazımdır ki, bu prospekt əsas obyektlərin yerləşdiyi, piyadaların daha çox istifadə etdiyi prospektdir. Hər hansı küçə layihələndirmə standartında bir şəhər küçəsində səkinin olmaması halı ilə rastlaşmaq çətindir. Lakin bunu Xırdalanda edirlər. Bu prospektin yaxınlığında dəmiryolu vağzalının yerləşməsi ərazini gələcəkdə daha vacib yerə çevirəcək. Bu isə yol infrastrukturunun düzgün qurulmasını daha vacib edir. Hərəkətin digər iştirakçılarının hüquqlarının pozulduğu bu küçəyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də münasibət bildirməlidir".
Qeyd edək ki, uzun zamandır Xırdalanın yol infrastrukturunda ciddi problemlər mövcuddur. Bununla bağlı dəfələrlə yerli mətbuatda şəhər sakinlərinin şikayətləi ictimailəşdirilib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












