Cəbhəboyu ərazilərdə top mərmiləri, raket, piyada əleyhinə minalar aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən 20 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a bildirilib ki, daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi, Taxtakörpü adlanan ərazisi və Hindarx qəsəbəsi, Ağdam rayonunun Ayaq Qərvənd və Əfətli kəndləri, Bərdə rayonunun Alpout, Qarayusifli, Böyük Göyüşlü kəndləri, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc, Düyərli, Ələsgərli, Qazyan kəndləri, Narlıq qəsəbəsi və E.Səfərov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA










