Cəbhəboyu ərazilərdə top mərmiləri və raketlər aşkarlandı - FOTO

Ötən gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər və Yevlax rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 32 (otuz iki) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 (bir) müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Kürdlər və Əsədli kəndləri, Ağcabədi rayonunun Rəncbərlər, Yuxarı Qiyaməddinli və Hacılar kəndləri, Bərdə rayonunun Yeni Daşkənd kəndi və C.Məmmədquluzadə küçəsi, Beyləqan rayonunun Şitilşilik qəsəbəsi, Füzuli rayonunun Mahmudlu və Əhmədalılar kəndləri, Goranboy rayonunun Qızılhacılı və Balakürd kəndləri, Tərtər rayonunun Səhləbad kəndi, Şıxarx və Yeni qəsəbə, N.İsgəndərov, M.Hüseynzadə, N.Nərimanov, F.Qulami küçələri, Yevlax rayonunun Salahlı və Kolanı kəndləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 152 mm-lik top mərmisi (OF-29 və OF-45), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 9M525 raketi (tərkibində 72 ədəd 9N235 bombacığı) və 1 ədəd “Toçka-U” taktiki raketi (9M79M) və 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ





















