Cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlandı - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş 49 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Salmanbəyli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Rzalar, Bəybabalar, Əhmədağalı və Eyvazlı kəndləri, Bərdə rayonunun Təhlə kəndi, Füzuli rayonunun Şükürbəyli, Alxanlı və Arayatlı kəndləri, Goranboy rayonunun Qaraçinar, Meşəli və Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Nizami, Axundov, M.Rəsulzadə, H.Cavid və T.Rəhimov küçələri, Mingəçevir şəhərininin Yeni Yaşayış massivi ərazisinə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 45 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd 240 mm-lik raket (M24F), 5 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 54 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə idarəolunmayan raket (PQ-7), 5 ədəd 9N235 bombacığı zərərsizləşdirilin və 1 ədəd top mərmisi zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 23 418 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi














