"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri iyula qədər yekunlaşacaq

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq.
Avtosfer.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.
"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir", - deyə o əlavə edib.
Metro rəsmisi eyni zamanda "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işlərinin aparılacağını bildirib: "İlk öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq. Daha sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkət üçün bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq. Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












