Cəlilabadda qanunsuz at əti kəsimi və satışı faktı aşkarlanıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qidaya yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanılmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi “Vaz 21011” markalı avtomobilə baxış keçirilən zamanı oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb. Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini T.Qasımov tərəfindən hazırlandığı müəyyən edilib. Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub. Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












