Cənubi Koreyada qasırğa səbəbindən yüzlərlə aviareys təxirə salınıb

“Hinnamnor” qasırğasının yaxınlaşması səbəbindən Cənubi Koreyada yüzlərlə daxili aviareys təxirə salınıb.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində bərələrin də hərəkəti dayandırılıb.
Qasırğanın Koreyanın Çecudo adasının yaxınlığından keçəcəyi və sürəti 216 km/saata çata biləcək güclü külək gətirəcəyi gözlənilir. Adada yerli səlahiyyətlilər məktəblərdə dərsləri ləğv edib, bir çox müəssisələr bağlanıb.
Proqnozlara görə, sabah, qasırğa sentyabrın 6-da səhər saatlarında Koreyanın ikinci ən böyük şəhəri olan Pusanın qonşuluğunda yerləşən ərazilərə “hücum edəcək”.
Paytaxt Seulda qasırğanın yaxınlaşması ilə əlaqədar olaraq, ibtidai və orta məktəblərdə dərslər çərşənbə axşamından etibarən onlayn rejimdə keçiriləcək.
Cənubi Koreya Meteorologiya Xidməti tufan səbəbindən ölkə ərazisində çox güclü külək və leysan, sahilyanı ərazilərdə yüksək dalğalar, tufanlar və sunamilər gözlənildiyinə dair xəbərdarlıq edib.
Hazırda qasırğaya dörd təhlükə kateqoriyasından üçüncüsü təyin edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












