"Cərimələr dövlət büdcəsini doldurmaq məqsədi daşımır" - Xidmət rəisi

“Bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibliyi dolayısı ilə eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Yeni qanunvericiliklə bu benefisiar nöqteyi-nəzərdən tənzimlənəcək".
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
Xidmət rəisi bildirib ki, digər bölmə rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlıdır: "Bu gün bizə müraciət olur ki, rəqib bazardan çəkilməyimizi, iştirak etməməyimizi istəyir. Yeni qanunvericiliklə bütün bunlar tənzimlənəcək”.
M.Abbasbəyli vurğulayıb ki, yeni qanunda maliyyə sanksiyaları və cərimələrin tətbiqi dövlət büdcəsini doldurmaq məqsədi daşımır: “Məqsəd Rəqabət Məcəlləsinin işləməsini tənzimləmək, azad bazar və rəqabət mühitinə mane olan şəxslərin cəzalandırılmasıdır”.
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












