Cəriməni ödəməyən piyadanın başına iş gəldi – Protokol iş yerinə göndərildi

Yolu təyin olunmuş yerdən keçməyən piyadalara yazılan cərimələr çox zaman ödənilmir. Piyadalar düşünürlər ki, məni 9 milyonun içində hardan tapıb cərimə alacaqlar. Amma Avtosfer.az-ın oxucusu maraqlı bir məktub göndərib və məlum olub ki, cəriməni ödəməyən Mehman Quliyev buna görə çox gərginlik yaşayıb. Oxucu bildirir ki, cəriməni ödəməməsi az qala onu işsiz qoyacaqdı.
Bu yaxinlarda öz səhlənkarlı1 və biganələyimdən az qala olsun işdən azad olunacaqdım. Bu ilin yanvar ayında "Neftçilər" metrosu yaxınlığında yeraltı keçiddən keçmək əvəzinə yolun üstündən keçdim. Polis məni saxlayıb cərimə yazdı. Protokolun sürətini mənə verdi. Mən isə cırıb atdım ki, onsuz da ödəməyəcəm. Sonra ümumiyyətlə, bu hadisəni unutdum. Bu yaxınlarda müdür məni çağırıb dedi ki, iş yerimə məktub gəlib. Məktubda 32 manat cərimə ödəməli olduğum yazılmışdı. Müdir mənə dedi ki, get cəriməni ödə, yoxsa səni işdən azad edəcəyəm. Yol polislərinə maşınlar bəs eləmir, piyadalara da cərimə yazırlar.
İndi sözüm odur ki, ehtiyatlı olun ki, sizin də başınıza eyni hadisə gəlməsin".
Avtosfer.az bildirir ki, yol polisi cəriməni ödəməyən piyadaların əmlakına həbs qoyulacağını, ölkədən çıxışının məhdudlaşdırılacağını açıqlayıb.
Elməddin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













