"Cihazlara xidmət göstərilməyən zaman sıradan çıxmağa məruz qalır"

Gündəlik həyatımızda Bakı kartlar ilə bağlı əhali müəyyən problemlər ilə üzləşirlər. Bəzən Bakı kartlarına ödəniş edən zaman aparatların biri ancaq qəpik, digəri isə nəğd pul qəbul edir. Digər bir problem isə aparatların prospektlərdən, küçələrdən yığışdırılıb marketlərə salınmasıdır. Əhali kartlara ödəniş etmək üçün marketlərə və ya metroya geyməyə məcbur olurlar. Nəticədə, əhali hər gün bu problem ilə üzləşməli olurlar. Bəs bu problemlərin aradan qaldırılması üçün həll üsulları varmı?
Nəqliyyat eksperti Elməddin Muradlıdan mövzu haqqında fikirlərini aldıq.
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi: "Bakı kart aparatları artıq bu dövr üçün köhnə bir cihaz sayılır.
Bəzən həmin cihazların istifadə müddəti bitə bilər. Bakı Nəqliyyat Agentliyi (BNA) həmin cihazları gətirən zaman onun istismar dövrünü, texniki xidmətini də nəzərə alması daha uyğun olardı. Cihazları əldə etdiyi şirkət ilə uzun müddətli müqavilə də bağlaya bilərdi. Nəticədə, mənfi halların baş verməsi ilə cihazlara xidmət göstərilmir və hər gün biri sıradan çıxmağa məruz qalır".
Ekspert qeyd edib ki, bəzən vətəndaşlar cihazları yararsız hala sala bilir.
"Avtobus dayancaqlarında aparatın içinə siqaret kötüyü, başqa ölkərə məxsus qəpiyi atmaqla cihazın tez sıradan çıxmasına səbəb olurlar. Bu baxımdan həmin aparatlar bərbad vəziyyətdədir. İstismar olunan zaman bunun qarşısını almaq mümkün deyil. Aidiyyəti qurumlar yeni bir sistem yaradıblar. Həmin sistemin yeniliyi ondan ibarətdir ki, onlayn qaydada kartlarına ödəniş edə bilmə imkanı var. Lakin bəzi insanlar hələ də bu yeniliyə alışa bilmirlər. Gündəlik həyatda daha çox köhnə üsul ilə ödəniş etməyə cəhd göstərirlər. Həmçinin, MilliÖn aparatları və digər vasitələr ilə bakı kartlarına ödəniş etmək mümkündür".
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












