Çimərlikdə yay mövsümü ərəfəsində təmizlik işləri aparıldı - FOTO

Çimərlik mövsümü ərəfəsində paytaxtın Xəzər rayonu ərazisində sahilyanı təmizlik aksiyası keçirilib. Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, keçirilən aksiya Şüvəlan qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan 2 ton tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.










Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












