Çimərliklərlə bağlı 2 vacib xəbərdarlıq

Artıq çimərliklər fəaliyyətə başlayıb. Bakı və Abşeron üzrə altı ictimai çimərlik fəaliyyət göstərir. Qadağa aradan qalxdıqdan sonra çimərliklər insanları qarşılamağa hazırdırmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin (XKEMİ) rəis əvəzi Nazim Mahmudovun AYNA-ya verdiyi məlumata görə, rəhbərlik etdiyi İdarənin və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb: “Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib. Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.
Bəs, pandemiya şəraitində çimərliklərdən istifadə üçün hansı qaydalar tətbiq olunur?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin (KHGNSXDX) İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əliyev AYNA-ya açıqlamasında deyib ki, çimərliyə hazırlıqla əlaqədar olaraq KHGNSXDX hələ may ayından etibarən təhlükəsizlik tədbirlərinə başlamışdı: “Belə ki, Xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən ictimai çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması üçün dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb, çimərliklərdə istirahət edən vətəndaşların məlumatlandırılması üçün xüsusi maarifləndirici lövhələr yerləşdirilib. Xilasetmə işlərini həyata keçirmək üçün nəzərdə tutulmuş xilasetmə texnika və vasitələr, dalğıc avadanlıqları işlək vəziyyətə gətirilib və artıq Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.
Şöbə rəisi vətəndaşlara ənənəvi müraciətini də çatdırıb: “Vətəndaşlar nəzarət olunmayan qeyri-çimərlik ərazilərindən istifadə etməsinlər. İstər dəniz olsun, istər su tutarları, su kanalları olsun - bu kimi nəzarətsiz yerlərdən istifadə etməsinlər. Çünki həmin ərazilərdə xialsedicilər yoxdur. Orada hər hansı bir hadisə baş verərsə, bu hadisə bədbəxt sonluqla nəticələnəcək. Ona görə də bir daha xatırladıram ki, vətəndaşlar xilasedicilərin olmadığı çimərliklərdən ümumiyyətlə istifadə etməsinlər. Suyun altında dəmir-beton qalıqları, çuxurlar, yarğanlar, sualtı axınlar ola bilir. İnsanlar bu kimi meneələrlə rastlaşanda bədbəxt hadisələr baş verir. Bunları aşkar etmək üçün həmin ərazidə mütləq dalğıc baxışları həyata keçirilməlidir. Harda ki, xilasedicilər yoxdur, insanlar həmin ərazilərdə çimməsinlər”.
Əliyevin sözlərinə görə, su anbarlarında, su kanallarında da faciəvi hadisələr baş verir: “Su anbarlarının örtüklərinin əksəriyyəti beton plitələrdən ibarətdir. Su həmin beton çərçivənin içərisinə toplanır. Onların da üzərini çox vaxt ot bitkiləri sərt və sürüşkən bir təbəqə yaradır. İnsan onun kənarına gəlib çimmək istəməsə və ayağını qoysa belə, bəzən sürüşüb anbarın içərisinə gedir və ordan da xilas olub çıxa bilmir. Vətəndaşlar bu kimi hallarda diqqətli olsunlar. Bu kimi amillərə diqqət yetirsinlər. Sututarları və anbarlarının çimərlik üçün nəzərdə tutulmayıb. Bəzi su anbarları bizi içməli su ilə təmin edir, bəziləri isə kənd təsərrüfatı ərazilərimizin suvarılmasında istifadə olunur. Bunlar çimərlik təyinatı kimi nəzərdə tutulmayıb”.
“Sonda onu demək istərdim ki, vətəndaşlarımız nəzarət olunan ərazilərdə də küləkli havada, sərxoş halda çimərlikdən istifadə etməsinlər. Ərazidə quraşdırılmış maarifləndirici löhvələrin tələbinə əməl etsinlər, uşaqları nəzarətsiz buraxmasınlar”, - deyə Xidmət sözçüsü vurğulayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə AYNA-ya açıqlamasında çimərliyə üz tutanları mövcud karantin rejimi qaydalarına riayət etməyə çağırıb: “Fəaliyyətinə icazə verilən çimərliklər yalnız karantin rejimi qaydaları çərçivəsində fəaliyyət göstərə bilər. Və bu qaydaları pozan şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrinə əsasən, inzibati tənbeh tədbiri tətbiq olunacaq. Karantin qaydaları ilə bağlı çimərliklərdə maarifləndirici löhvələr quraşdırılıb”.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












