Çin dənizdə daşıyıcı əsaslı pilotsuz helikopteri uğurla sınaqdan keçirib

Çinin AVIC şirkəti dənizdə AR500-BJ pilotsuz helikopterinin daşıyıcı əsaslı modifikasiyasının sınaq uçuşunu həyata keçirib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Sınaqlar zamanı cihaz Tianjin şəhəri (Şimali Çin) yaxınlığındakı akvatoriyada gəmidə bir neçə uğurlu uçuş və eniş həyata keçirib.
Göyərtə versiyası 2017-ci ildən hazırlanıb. AR500-BJ ilk uçuşunu 2020-ci ilin noyabrında yer aerodromundan edib. Bu modifikasiya mürəkkəb elektromaqnit müdaxiləsi və güclü küləyin əsməsi şəraitində son dərəcə məhdud ərazilərdən avtonom şəkildə havaya qalxıb enməyə qadirdir. Telekanalın məlumatına görə, dron Çin istehsalı olan mühərriklə təchiz edilib.
AR500-ün əsas versiyası təxminən 500 kq çəkiyə malikdir. O, təxminən 80 kq yükü qaldırmağa və 4 saata qədər uçmağa qadirdir. Qurğunun maksimal sürəti təxminən 140 km/saat təşkil edir. Praktik istifadə təxminən 4 min metrdir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












