Çində mülki hava limanlarının sayı artırılır - FOTO

Çin hökuməti 2025-ci ilədək 30-dan artıq mülki hava limanı tikmək niyyətindədir.
Avtosfer.az “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsinin (CAAC) nümayəndəsi Janq Çinq 2021-2025-ci illəri əhatə edən 14-cü beşillik plan çərçivəsində sözügedən sahənin inkişafı istiqamətində həyata keçiriləcək irimiqyaslı layihələr nəticəsində sərnişin sayının 2 milyarda çatdırılacağını bildirib.
Həmçinin hava səyahətlərinin şaxələndirilməsini, logistik xidmətlərin modernləşdirilməsini ehtiva edən “cüt dövriyyə” inkişaf standartının təkmilləşdiriləcəyi də vurğulanıb.
Qeyd edək ki, 2020-ci ildə Çində mülki hava limanlarının sayı 3 ədəd artaraq 241-ə, istismar olunan sərnişin təyyarələrinin sayı isə 6 747-yə çatdırılıb. Hava sərnişinlərinin sayı da 420 milyon nəfər təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinin 63,3 faizidir. Bu il hava daşımalarını böhrandan əvvəlki səviyyənin 90 faizinə çatdırmaq hədəflənir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












