Çindən tranzit yüklərin Avropaya daşınması davam edir

Cari ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.
Avtosfer.az xəbər verir ki, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb. Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.
Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












