Dağıstan aeroportunda İsraildən gələn təyyarəyə etiraz olaraq yüzlərlə insan toplaşdı - VİDEO

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.
Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.
***
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
İzdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.
Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












