Daha 2 qazimiz uğurla əməliyyat edildi - FOTO
Xəbərlər
16 İyul 2022 14:39

Daha 2 Vətən müharibəsi qazimiz uğurla əməliyyat edilib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sözcüsü Günay Quluzadənin verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Tağızadə və Qulu Ağaşov müharibə sonrası yaranan ayaq deformasiya şikayətləri ilə müraciət ediblər.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Əlviz Qasımovun rəhbərliyində hər iki qazinin əməliyyatı travmatoloq cərrah Kamil Eyvazov tərəfindən icra edilib.
Elvin Tağızadə müharibə zamanı baldır və bud nahisəsində çoxsaylı yaralanmalar sonrası şikayətlərlə müraciət edib. Baldır nahiyəsində sümük qısalığı, eyni zamanda əzələ və damar sinir paketində zədələnmə deffekti olan xəstədir. Aşağı ətrafda pəncə nahiyəsində sinir zədələnməsi səbəbi ilə "sallanmış ayaq” dediyimiz sindromla müraciət edib. Xəstənin ayağı plantafleksion deformasiya şəkilində qalmışdır. Xəstəyə aşıq baldır oynağının artrodez əməliyyatı, ayaq deformasiyasinin ləğvi əməliyyatı icra edilib. Əməliyyat sonrası deformasiya tam olaraq uğurla aradan qaldırılıb.
Qulu Ağaşov müharibə zamanı bud nahiyəsindən aldığı qəlpə yaralanması sonrasında aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbi ilə ayaq nahiyyədə deformasiya baş verib. Müayinə zamanı ayağın orta hissəsində yarımçıxıq olduğu görünüb. Ard-arda edilən əməliyyat sayəsində deformasiya tam aradan qaldırıldı və normal ayaq biləyi pozisiyasina qaytarılıb.
Oxunub : 836
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 23:39
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
30 Sentyabr 2026 22:52
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
30 Sentyabr 2026 21:36
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
30 Sentyabr 2026 19:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ŞƏRH YAZ












