Daha 58 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından 5, Polşa Respublikasından 5, Çin Xalq Respublikasından 4, Macarıstandan 3, Amerika Birləşmiş Ştatlarından 2, Fransa Respublikasından 2, İsveçrə Konfederasiyasından 2, Koreya Respublikasından 2, Litva Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, İspaniya Krallığından 1, Malayziyadan 1, Niderland Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 16 iş günü təşkil edib.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












