Daha bir ölkə İrəvana silah sata bilər – XƏBƏRDARLIQ

Yunanıstan Fransa və Hindistandan fərqli olaraq, Ermənistana hələ ki, hərbi texnika göndərməyib.
Avtosfer.az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Afinanın İrəvana silah satmamasının sadə səbəbi Azərbaycandan qaz almasıdır: "Yunanıstan Azərbaycanla bu sahədəki əməkdaşlığı riskə atmaq istəmir. Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir".
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












