Daha bir ölkədə karantin qadağaları yumşaldılır

Koreya Respublikası hökuməti koronavirusa qarşı aktiv peyvəndləmə ilə əlaqədar olaraq yaxın gələcəkdə mövcud sosial məsafə qaydalarını yumşaltmaq niyyətindədir.
Bu barədə KBS telekanalı məlumat yayıb.
Hökumətə görə, 1 iyuldan etibarən paytaxtda xüsusi görüşlərdə iştirakçıların sayı altı, 15 iyuldan səkkizədək artırılacaq. Ölkənin digər bölgələrində iyul ayının əvvəlindən bu cür görüşlərdə iştirak edənlərin sayındakı məhdudiyyətlər tamamilə ləğv ediləcək. Payızda isə şagirdlərin çoxu əyani siniflərə qayıda biləcək.
Yeni qaydalara uyğun olaraq paytaxt bölgəsində əvvəllər bağlanmış gecə klubları, barlar və digər əyləncə məkanları işləri bərpa edə biləcəklər. İaşə müəssisələri və idman salonları gecə yarısına qədər, indikindən iki saat daha çox açıq olacaq. Ölkənin digər bölgələrində sosial məsafənin birinci səviyyəsi tətbiq ediləcək./oxu.az
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












