Daha iki qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.
Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir.
Nazirlik tərəfindən artıq 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO














