Daha yeni 640 avtobus gətiriləcək

İki il ərzində Bakıda avtobusların sayı 440 ədəd və ya 25 % artırılıb.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə dair müşavirədə bildirib.
“Hazırda bu, rekord səviyyəyə - 2 160-a çatıb. Lakin, bu, son say həddi deyil və avtobusların sayının 2 800-ə çatdırılması nəzərdə tutulub. Şəhərdə avtobuslara əhalinin inamını artırmağa imkan verən xüsusi zolaqlar şəbəkəsi hazırlanıb. Bunun sayəsində avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti artıb. Sıxlıq çox olan bəzi küçələrdə, - Atatürk prospektində bunu mən nümunə göstərə bilərəm, - sürət 12 dəqiqə azalıb, yəni, keçid orada 12 dəqiqə azalıb. Bu da vətəndaşların ictimai nəqliyyatdan istifadəsinə keçidinə ciddi bir təşviq yaradıb”, - A.Rzayev qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












