Daşıyıcıdan sərnişinlərə pul təklifi təəccüb doğurdu: “Balansınıza 20 AZN köçürüləcək” - FOTO

Paytaxtda sərnişin avtobuslarından birində yerləşdirilən elan sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkələrdə yayılan fotoda sürücünün sərnişinlərdən nağd ödəniş almasına dair faktları “aşkarlamaq” məqsədilə yerləşdirilən elanda qeyd edilib:
“Sərnişinlərin nəzərinə! Avtobusda kartdan istifadə etməyən sərnişinlərdən nağd pul alan zaman sürücünün videogörüntüsünü kim çəkib atarsa, balansına 20 AZN köçürüləcək”.
Elanın sonunda isə əlaqə nömrəsi də yazılıb. Məsələ ictimailəşdirildikdən sonra bir qrup şəxs bu elanı birmənalı qarşılamayıb və bu, kəskin müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, elanın “Vətən” firmasının müvəqqəti istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olduğu müəyyən edilib:
“Avtobusun salonunda bu cür elanların yerləşdirilməsi doğru deyil. Daşıyıcı firmanın məsul şəxsi Kənan Usubovla əlaqə saxlanılaraq bununla bağlı irad bildirilib və dərhal yığışdırılması tapşırılıb. Eyni zamanda bir daha bildirmək istərdik ki, nağdsız ödəniş sisteminə inteqrasiya olunan avtobuslarda gediş haqqının nağd formada ödənilməsi qadağandır. Bu məsələdə sərnişinlər də diqqətli olmalı və gediş haqqının ödənişini “BakıKart”la etməlidirlər”.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












