Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib - VİDEO - FOTO

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Daxili İşlər Nazirliyi tərəfindən Anım Gününün üçüncü ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində, o cümlədən 2023-cü ilin 2023-cü ilin 19 – 20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, ölkə baçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.
Tədbirin davamında çıxış edənlər istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər.
Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla qeyd ediblər.
Tədbirin sonunda Samir Qulamovun qəhrəmanlıq salnaməmizi özündə əks etdirən "Bir nəfəs qədər" pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş etdirilib.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO















