Dayanacaqlardakı reklamlar müzakirəyə yol açdı - Qanun nə deyir?

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin taksi reklamlarının dayanacaqlarda yerləşdirilməsinə icazə verməsi və bu reklamlarda "avtobus gözləmə" kimi sloqanların yerləşdirilməsi müzakirələrə səbəb olub.
Bunun avtobuslarla hərəkətin təbliğatına mənfi təsir göstərdiyi, qurumun avtobusların əlçatanlığının və rahatlığının təmin olunması kimi missiyası ilə ziddiyyət təşkil etdiyi deyilir. Belə ki, insanların daha çox avtobuslardan istifadə etməsinin yolların boşalması, atmosferə zərərli qazların buraxılmasının azalması, səs kirliliyinin aşağı düşməsi baxımından məqsədəuyğun olduğu bildirilir.
Nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, taksi xidmətlərinə dair reklamların məhz avtobus dayanacağında yerləşdirilməsinə dair qanunvericilik tərəfindən heç bir qadağası yoxdur:
“Sözügedən misallarda taksi xidmətlərini reklam edərkən açıq şəkildə avtobus kimi ictimai nəqliyyatın daha narahat olduğu vurğulanır. Bu reklamın məhz avtobus dayanacağında yerləşdorilməsi bir qədər təəccüblü görsənsə də, reallığı əks etdirən mənzərədir”.
Ekspertin sözlərinə görə, bu gün Bakı şəhərində hərəkət edən avtobusların taksi xidmətlərinə nisbətən demək olar ki, heç bir üstünlüyü yoxdur. Yalnız qiymət baxımından fərq var ki, bu da qısa məsafələrdə azdır.
“Avtobuslar ayrılmış zolaqlarda fasiləsiz öz qrafikinə uyğun hərəkət edər və tıxaclarda qalmazsa, müasir və kondisionerlə təchiz olunmuş olarsa, o zaman bir sıra vətəndaşlar üçün cəlbedici olar. Şəxsi nəqliyyat vasitələri və taksilərdən istifadə azalar, bu da həm tıxacları azaldar, həm də şəhər ekologiyasına daha az zərər vurar”, - deyə A. Əliyev əlavə edib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










