Dəlixanadan qaçan ruhi xəstə axtarılır - VİDEO

Sumqayıt sakini, 33 yaşlı Nicat Nəsirov müalicə aldığı Ruhi əsəb Xəstəlikləri Dispanserindən qaçıb. Hadisə avqustun 2-də baş verib. Doqquz gündür xəstənin axtarışları davam etdirilir. Dispanserdən qaçan N. Nəsirovun anası Mehriban Ağayeva bildirib ki, xəbəri ona telefonla veriblər. O, Rusiyada yaşadığı üçün dərhal bilet alaraq geri qayıdıb. Söhbət əsnasında məlum olub ki, Nicat evdə olarkən də tez-tez qaçırmış. Ananın sözlərinə görə, oğlu idmançı olub və əvvəllər ailəsi ilə Rusiyada yaşayıb. Xəstəliyi də məhz həmin ölkədə yaranıb. Məsələ ilə bağlı Sumqayıt şəhər Ruhi əsəb Xəstəlikləri Dispanserindən verilən məlumata görə, Nicat avqust ayının ikisi, saat 18:30 radələrində xəstələr yeməkxanaya aparılarkən qaçıb. Sözügedən xəstə termosuna çay doldurub geri gələcəyini söyləyib, lakin imkan düşən kimi qaçaraq hasarı tullanıb. Nəzarətçi həkimlər isə ona çata bilməyiblər. Həkimlər iddia edirlər ki, xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə yaddaş zəifliyi var və ünvanı, telefon nömrələrini xatırlamaqda çətinlik çəkir.
Nəsirov Nicat Ağahüseyn oğlunun axtarışları davam etdirilir.
Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












