Dəmir yolu üzrə beynəlxalq təşkilatın rəhbəri Horadiz – Ağbənd layihəsi ilə tanış olub - FOTO - VİDEO

Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper Azərbaycana səfəri çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində olub.
Volfqanq Küpper Horadiz – Ağbənd dəmir yolu xəttində aparılan tikinti prosesi ilə tanış olub. Qonağa layihənin əhəmiyyəti və görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi tərəqqisi üçün xüsusi strateji əhəmiyyətə malik Horadiz – Ağbənd dəmir yolu xəttinin təməli ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən il fevralın 14-də qoyulub.
Qeyd olunub ki, layihə regionun tranzit potensialına mühüm təsir göstərəcək və daşımaların inkişafına töhfə verəcək.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 8 stansiyanın (Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 453 ədəd süni mühəndis qurğusunun, 70 ədəd yoldəyişənin, 110.4 km rabitə və işarəvermə sisteminin tikintisi nəzərdə tutulur.
Əlavə edilib ki, dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işləri 3 mərhələdə aparılır və 2023-cü ilin sonunda işlərin yekunlaşdırılması planlaşdırılır.
Hazırda dəmir yolu xəttinin ox üzrə 55 km hissəsi tamamlanıb. Həmçinin 59-cu və 70-ci km-lər arası ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.
3 mərhələdə intensiv şəkildə yerinə yetirilən layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir və hazırda yolun 101,5 km-dək ərazisi minalardan təmizlənib.




Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











