Dəniz limanının tikintisi üçün müsabiqə elan olunacaq

Yaxın günlərdə Anakliya dərin özüllü dəniz limanının tikintisi ilə əlaqədar müsabiqə elan olunacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda dəniz infrastrukturunda işə başlayacaq tikinti şirkəti seçiləcək.
“Hər iki istiqamətdə intensiv iş aparılır. Prosesləri sürətləndirmək üçün texnoloji hissədə bizə kömək edən yüksək reputasiyaya malik beynəlxalq (məsləhətçi) şirkəti işə götürdük. Müvafiq olaraq, HAEDES ilə birgə tender təklifi hazırlanıb. Bu, Belçikanın aparıcı şirkətidir və biz artıq tikinti müsabiqəsi elan etməyə başlayırıq”, - deyə L.Davitaşvili vurğulayıb.
Onun sözlərinə görə, hökumətin son iclasında yekun detallar razılaşdırılıb. Mayın sonuna qədər hökumət öz təkliflərini verəcək və bu il tərəfdaşların seçimi də baş tutacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












