Dənizdə boğulan modelin atasından təsirli MÜRACİƏT – Ruhuna hörmət edin

Bu ilin yayında Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı son günlər bir sıra saytlarda yeni xəbərlər yayılır. İddia olunur ki, model dənizdə batarkən onun olduğu yaxtanın sahibi Həbib Axundov da orada olub. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov isə bu məlumatları qəti şəkildə təkzib edərək bildirir ki, əgər orada olmuş olsaydı Günel batmazdı. Özünü təcrübəli üzgüçü sayan Həbib Axundov həmin hadisə ilə heç bir əlaqəsinin olmadığını deyir.
Son günlər yayılan məlumatlar mərhumun ailə üzvlərini də narahat etməyə başlayıb. Ailə adından mərhumun atası Rəşid Mirzəyev müraciət yayıb. Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunur ki, Günelin faciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş verib: “Bu hadisənin baş verməsində heç kim günahkar deyil, o cümlədən bir sıra internet saytlarında adı hallanan Həbib Axundov. Ona görə də saytlardan xahiş edirik ki, şou və sensassiya xatirinə qalmamaq yaratmasınlar, ailəmizə və qızımızın ruhuna hörmətlə yanaşaraq xələl gətirməsinlər.
Bu mövzu ilə bağlı bütün müzakirələrə son qoyulmasını artıq dərəcədə xahiş edirik”.
Müraciəti mərhum modelin atası Rəşid Mirzəyev, anası Göyçəkxanım Mirzəyeva, bacıları Cəmilə Paşazadə və Gülşən Eyniyeva imzalayıblar.
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma zamanı məlum olub ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G.Mirzəyeva boğulub. Onun meyiti bir neçə gün sonra sudan çıxarılıb.
Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













