Dənizə iki təyyarədaşıyan gəmi göndərilir

ABŞ İsrail ilə HƏMAS arasında hərbi əməliyyatların genişlənməsi fonunda Şərqi Aralıq dənizi regionunda iki təyyarədaşıyan zərbə qrupu yerləşdirə bilər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Politico” nəşri bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar tezliklə Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərməyi planlaşdırır. Qeyd olunur ki, Pentaqonun bu addımı İsrail ordusu ilə HƏMAS arasında döyüşlərin şiddətləndiyi bir vaxtda ABŞ-ın bölgədəki hərbi gücünü xeyli artıracaq.
“USS Dwight Eisenhower” təyyarədaşıyanı və onu müşayiət edən digər gəmilər martın 15-də Virciniya ştatının Norfolk şəhərindəki hərbi dəniz bazasını tərk etməlidir. Onun İsrail sahillərinə üzəcəyi gözlənilir.
Qeyd edək ki, martın 10-da Pentaqon nüvə mühərrikli təyyarədaşıyan “USS Gerald Ford” gəmisinin başçılıq etdiyi zərbə qrupunu da İsrail sahillərinə göndərib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












