Deputat: “Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib” - FOTO

“Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib, utilizasiya çox ciddi problemdir”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması gözlənilir:
“Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”.
Vüqar İskəndərov tıxac probleminə də toxunub:
“Bakı şəhərinin mərkəzində tıxaclar əsas problemdir. Buna yol açan problemlərdən biri şəhərin mərkəzi hissəsində universitetlərin, dövlət obyektlərinin olmasıdır. Gələn ilin büdcəsində həmin universitetlərin şəhərin kənarına köçürülməsinə baxmalıyıq.
Pedaqoji Universitetin Şəki filialı fəaliyyət göstərir. Şəki o regionun mərkəzi şəhəridir. Pedaqoji Universitetin Şəki filialı tam müstəqil universitet olmağa hazırdır. Gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.
apa
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












