Deputat Elnur Allahverdiyev yolların işıqlandırılacağına söz verdi və etdi - FOTOLAR
Xəbərlər
28 May 2020 02:32

“Çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq”
“Seçicilərimizə verdiyimiz sözlərdən biri də bu idi ki, Bayır şəhərin qaranlıq küçələrinin yenidən işıqlandırılmasına nail olacağıq. Söz verilibsə, gərək yerinə yetirilə!”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib: “Zülfi Adıgözəlov küçəsindən başladıq. Yaşlı sakinlərin dediyinə görə, 40 ilə yaxındır ki, gecələr Z.Adıgözəlov küçəsini zülmət bürüyürdü. Seçkidən dərhal sonra hərəkətə keçdik. Yasamal Rayon İcra Hakimiyyətinə və “Azərişıq” ASC-yə müraciət etdik. Küçəyə mütəxəssislər göndərildi, tədbirlər planı hazırlandı, 15 işıq sütununa yeni LED çıraqlar quraşdırıldı və budur - küçə axşamlar və gecələr də səhərlər kimi aydın, işıqlıdır”.
Z.Adıgözəlov, 122 ünvanında yaşayan 76 yaşlı Salamov Rafiq deyir: “İnanmayacaqsınız, amma bu küçə ömrümün yarısı qədər qaranlıq olub. İndi isə belə işıqlıdır. İnanmağım gəlmir”.
69 yaşlı Mərdan dayı da görülən işlərdən çox razıdır: “Yayda havalar isti keçir, evdə otura bilmirəm. Küçəyə də çıxmaq olmurdu, hər yer qaranlıq idi. Zəhməti keçənlər sağ olsun, axşamlar çöldə rahat oturacağıq”.
“Dostlar, Bayır şəhərin əsrarəngiz, köhnə Bakını yaddaşlarımızda yaşadan aurası var. Gecə işıqlı küçə bu ecazkarlığa əlavə rəng qatır. Dövlətimizin dəstəyi ilə seçicilərimizlə birlikdə problemləri bir-bir həll edəcək, çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq. Biz birlikdə güclüyük”, - deyə E.Allahverdiyev bildirib.
oxu.az
Oxunub : 6126
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












