Deputat: Narkotik daşıyanlara qarşı cəzalar sərtləşdirilsin

"Narkotikin dövriyyəsinə qarşı mübarizə daha da kəskinləşməlidir. Cinayət Məcəlləsində 8 ildən 15 ilə qədər göstərilib. Hər gün televiziyaya baxanda görürük ki, 20, 30 və s. kiloqram narkotik tutulub. Bununla məşğul olan xeyli sayda insan həbs olunur. Hüquq-mühafizə orqanları xeyli iş aparır. Artıq yeni texnologiyaya keçiblər. Narkotiki dron vasitsə keçirirlər. Bunun da qarşısı alınır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
"Həm də ciddi şəkildə vətəndaş müabrizəsinə ehtiyac var. Narkotik ölümdü və insanların həyatını məhv edir. Narkotikin ən çox keçirildiyi yer İrandır. Bu ölkədə narkotiklə bağlı bir maddə var, o da ölüm hökmüdür. Azərbaycanda ölüm hökmü yoxdur. Ümumilli lider tərəfindən bu hökm götürülüb. Amma ölkəmizdə bununla bağlı maddənin daha da ağırlaşdırılması məsələsinə baxmalıyıq. Narkotik dövriyyəsi məktəblərə, digər strukturlara da daxil olmasın, qarşısı alınsın. Bu, gözəgörünməz müharibədir. Bu müharibədə hamılıqla iştirak etməliyik", -deyə deputat bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












