Deputat: "O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər"

"Bakı şəhəri günü-gündən gözəlləşir. Bakı mədəniyyət şəhəri olaraq diqqəti cəlb edir. Gələn turistlər də bunu deyir”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, amma Bakıda həm də ciddi problemlər var: “Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir.
Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər. Bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












