Deputat təcili yardım maşınlarının çağırışa gecikməsindən danışdı

“Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı. Bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir”.
Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu məsələ ilə bağlı mənə vətəndaş müraciətləri olur. Ən yaxşı halda təcili yardım maşını çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Hətta bəzən bu müddət bir saatdan da çox olur.
Hökumətdən xahiş edirik ki, heç olmasa, təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”, - R.Quliyev əlavə edib. (report)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












