Deputat: “Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini Azərbaycan çəksin”

“Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra bildirib.
O qeyd edib ki, bu, diplomatik münasibətləri olmayan iki ölkə arasında ilk körpü olar:
“Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Halbuki, Azərbaycan Şərqi Zəngəzurda yolların tikintisini başa çatdırır”, - deyə o qeyd edib.
“Ölkəmiz bərpa olunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir. Ona görə də prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyişib çoxprofilli enerji kompaniyaları olur. Hökumət ötən il “Yaşıl Azərbaycan” siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu “Yaşıl Enerji Şirkəti”nə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər”, - deyə deputat əlavə edib.
Report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












