"Dilimiz söz tutmur, ŞOK YAŞAYIRIQ" - Geri qaytarılacaq Ruslanın atası

“Ailəlikcə sevincdən şok yaşayırıq. Sevinməmək mümkün deyil. Dilimiz söz tutmur, xoşbəxtliyimizi necə ifadə edəcəyimizi bilmirik”.
Bunu Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahovun atası Eldəniz Pənahov oğlunun Azərbaycana təhvil veriləcəyi xəbərinə reaksiya verərkən deyib. O bildirib ki, ailəsi oğlunun geri qaytarılacağı ilə bağlı məlumatı dostlarından öyrənib.
“Bir saat olar ki, xəbər tutduq. Dost-tanış zəng edib gözaydınlığı verdi. Ən sevincli günümüzdür”, - əsgər atası deyib .
Qeyd edək ki, Fevralın 28-də Ermənistanda saxlanılan əsgər Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq nəticəsində əsgər Pənahovun yolunu azaraq erməni mövqeləri yaxınlığına gəlməsi barədə faktiki sübutlar əldə edilib və beləliklə, cinayət işinə xitam verilib.
Hazırda əsgərin Azərbaycana qaytarılması ilə bağlı Bakı və İrəvan arasında razılıq əldə olunub.
Xatırladaq ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət mövqedən çıxaraq yolunu azıb və Ermənistan əsgərləri tərəfindən saxlanılıb. Onun barəsində bir sıra əsassız ittihamla cinayət işi açılmışdı. (AzVision.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












