Diplomatik korpus nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda
Xəbərlər
26 Avqust 2022 21:45

Şuşaya səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxış keçiriblər. Ordu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov tunelin tikintisi barədə qonaqları məlumatlandırıb.
Əyyub Hüseynov bildirib ki, Şuşa azad olunduqdan çox qısa müddət sonra yolun çəkilişinə başlanıb:
"Bu proses əvvəldə çətin idi, işin əvvəli qış fəslinə təsadüf edirdi, bu regionda qış Azərbaycanın digər regionları ilə müqayisədə sərt keçir".
O deyib ki, yolun çəkilişində 5 şirkət iştirak edir, onlardan üçü yerli, digər ikisi isə Türkiyə şirkətidir.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 18 layihə həyata keçirir ki, bunlar da böyük layihələrdir. Bu layihələr regionun sosial iqtisadi inkişaf üçün önəmli rol oyanayacaq", o vurğulayıb.
Oxunub : 1518
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
ŞƏRH YAZ












