DİM ümumtəhsil müəssisələrinə MÜRACİƏT

14 iyun 2022-ci il tarixində ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması prosesinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən “Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır. Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir: "Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etməlidilər".
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












