DİN əməliyyat keçirdi: Saxlanılanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.
İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və 5 qramdan artıq metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 313 qrama yaxın heroin, 53 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.
Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Haqverdiyev də müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev Xəzər rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı oradan 347 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












