DİN yanında İctimai Şuranın ilk toplantısı keçirilib - FOTO

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib. Əliməmməd Nuriyev Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri seçilib .
Avtosfer.az xəbər verir ki, iclası giriş sözü ilə açan Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev nazirliyin İctimai Şuranın normal fəaliyyəti üçün “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun müvafiq şərait yaradacağını bildirib. Daha sonra İctimai Şuranın ilk iclasının keçirilməsi üçün sədr və katib seçilib. “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin rəhbəri Mehriban Zeynalovanın sədrlik etdiyi iclasda ilk öncə İctimai Şura iclasının gündəliyi təsdiqlənib. “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai Şuranın reqlamenti müəyyən olunub və təşkilati məsələlərə baxılıb. İctimai Şuranın sədrliyinə “Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Ə.Nuriyev yekdilliklə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri seçilib. Daha sonra İctimai Şura sədrinin müavinliyinə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri Mahirə Əmirhüseynova və “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri Xalid Kazımovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Xalid Kazımov və Mahirə Əmirhüseynova Daxili İşlər Nazirliyi yanında İctimai Şura sədrinin müavinləri seçilib. İctimai Şura katibliyinə isə “Azərbaycan Demokratik Jurnalistlər Liqası”nın sədr müavini Sevda Məmmədovanın namizədliyi irəli sürülüb. Sevda Məmmədova səsvermə nəticəsində İctimai Şuranın katibi seçilib. Daha sonra iclasda cari məsələlərə baxılıb. Növbəti iclasadək Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Etik Davranış Kodeksinin hazırlanmasının vacibliyi vurğulanıb.
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










