DİN yanında İctimai Şuranın üzvləri şəhid ailələrini ziyarət edib - FOTO

Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri 8 Noyabr - Zəfər Günü münasibəti ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması zamanı şəhid olan polislərin ailələrini ziyarət ediblər.
DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, üzvər Mahirə Əmirhüseynova, Sevda Məmmədova və Arzuman Abdulkərimov polis baş leytenantı Kamran Qurbanəli oğlu Kazımov və baş çavuş Sahib Yaşar oğlu Məmmədovun ailə üzvləri ilə görüşüblər.
İctimai Şuranın sədri Əliməmməd Nuriyev Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı polislərimizin də göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. O, bildirib ki, şəhid ailələri daim dövlətin diqqətindədir. Xalqımız onların qəhrəmanlığını umutmur. Bizlər də özümüzə borc bilirik ki, sizlərlə görüşək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə mənəvi diqqət göstərməklə, onların ruhunu şad edək.
Daha sonra Vətən Müharibəsində qəhrəmanlıq göstərən Kamran Kazımovun və Sahib Məmmədovun keçdiyi döyüş yolu, göstərdikləri igidliklər bir daha xatırlanıb. Hər iki polis şəhidimizin ruhuna dualar oxunub.
İctimai Şura üzvləri eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.
Səhidlərimizin ailə üzvüləri Prezident İlham Əliyevin tapşırığına əsasən Daxili İşlər Nazirlyinin müvafiq qurumlarının daim onları diqqətdə saxladığını bildiriblər. Nazir Vilayət Eyvazovun göstərişi ilə onlarla əlaqə saxlandığını və hər hansı məsələ olarsa, diqqətlə yanaşıldığını Şura üzvlərinin diqqətinə çatdırıblar.
Xatırladaq ki, Kamran Kazımov 5 oktyabr 2020-ci ildı, Sahib Məmmədov isə 19 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.
Şəhid ailələrini ziyarətdə İctimai Şura üzvləri ilə birlikdə Daxili İşlər Nazirliyinin məsul əməkdaşı, polis polkovniki Ramiz Əlişanov da iştirak edib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
















