"Domino's Azerbaijan" sürücüləri ölümə sürükləyir - Kuryer qəzada öldü - FOTO
Xəbərlər
25 May 2020 02:16

Yüzlərlə müştəri bu şirkətə etiraz edir
"Domino's Azerbaijan" şirkətinin kuryeri qəzada dünyasını dəyişb. Avtosfer.az musavat.com xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsinin ən aktiv qruplarından olan "Müştəriyəm şikayətim var"da məlumat paylaşılıb.
Məlumatda bildirilir ki, kuryer dünən günorta saatlarında sifariş aparan zaman qəzaya uğrayıb və hadisə yerində dünyasını dəyişib. Qəza ilə bağlı müştərilərin çoxsaylı şikayəti yaranıb və onlar "Domino's Azerbaijan"ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasının ləğvini tələb edirlər.
Yüzlərlə müştəri şirkətin sosial şəbəkə hesabına yazaraq bu kampaniyanın ləğvini tələb edir. Bir çoxları isə artıq kampaniya ləğv edilənə qədər şirkətin xidmətlərini boykot etdiklərini yazıblar. Bildirilir ki, şirkət "sifariş 30 dəqiqədən gec çatdırılsa, ödəniş etmirsiniz" şüarı ilə kampaniya təşkil edərək kuryerləri ünvana tez çatmağa məcbur edir. Bu addım isə motosikletlərlə sifariş ünvanına gedən kuryerlərin həyatı bahasına başa gəlir. Şirkət kuryerləri məcbur edir ki, sifarişi vaxtında çatdırsın və ödənişi alsın.
Müştərilər hətta şirkəti qatil olmaqda da suçlayır. Şirkət çoxsaylı şikayətlərə hələlik cavab verməyib.




Oxunub : 5872
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












