Dörd məhkum edam edilib

İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub.
“Report” xəbər verir ki, məlumatı İranın İnsan Hüquqları üzrə təşkilatı yayıb.
Məlumata görə, onlar “narkotik maddələrin qanunsuz ticarəti” və “qəsdən adam öldürmək” maddələri ilə mühakimə olunublar.
Bildirilib ki, qətl maddəsi üzrə mühakimə edilmiş Peyman Əzizi adlı şəxs yeniyetmə olub. Onun yetkinlik yaşına çatmayan cinayətkar kimi edam olunduğu qeyd edilib.
İnformasiyaya əsasən, edam olunanlardan biri qadındır. Bu, 2024-cü ildə barəsində ölüm hökmü çıxarılan və edam olunan 5-ci qadındır. 2023-cü ildə İranda 22 qadın edam olunmuşdu. 2010-cu ildən indiyədək ölkə üzrə 215 qadın barəsində çıxarılmış ölüm hökmü icra edilib.
Qeyd olunub ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.
Xatırladaq ki, İranda sonuncu edam hökmü bu il aprelin 23-də reper Tomay Salehi barəsində çıxarılıb. O, 2022-ci ildə İranda keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK










