Dostuna zamin durdu, bank avtomobilini əlindən aldı - VİDEO

Mingəçevirdə dostuna zamin duran şəxsin avtomobilini bank əlindən alıb. Avtosfer.az-ın məlumatına görə, şəhər sakini Teymur Məmmədov uzun illər dostluq etdiyi Kərəm Əhmədova zamin durararaq, bankdan 2900 manat pul goturməsinə şərait yaradıb. Bir müddət adıçəkilən şəxs krediti ödəsə də, daha sonra işdən çıxdığı üçün ödənişi dayandırıb. Kərəm Əhmədov 3 il öncə bankdan götürülən pulu geri qaytara bilmədiyinə görə zamin kimi Teymur Məmmədovun 6 min manatlıq maşını cərimə meydançasına aparılıb. Bankdan bildirlib ki, ödəniş edildikdən sonra avtomobil geri qaytarılacaq.
Mingəçevir sakini Teymur Məmmədov hazırda 500 manata yaxın əmək haqqı alır. O, zamin durduğu şəxsin hər ay ödəməli olduğu ödənişin onun maaşından çıxılmasını və avtomobilin geri qaytarılmasını istəyir.
Mütəxəssislərə görə, bank müqavilə üzrə borcu müştəridən birdəfəlik yolla alınmasını tələb edə bilər. Ancaq avtomobilə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər. Qanuna əsasən, məhkəmə müddətində və ya qətnamədən sonra proses həyata keçirilir.
Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, şəxs məhkəməyə müraciət edərək, borcun əmək haqqından tutulmasına yönəldilməsini tələb edə bilər.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










